"Azercell" abunəçilərinə xəbərdarlıq edib

İKT
  • 13 dekabr, 2016
  • 05:33
Azercell abunəçilərinə xəbərdarlıq edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti qeyd edir ki, dekabrın 14-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti problemlərin yaranması mümkündür.

“Report” xəbər verir ki, müvəqqəti çətinliklər “Azercell” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədardır.