Bakı. 20 aprel. REPORT.AZ/ Sabah axşam saatlarında "Azercell Telekom" MMC-nin bəzi xidmətlərinin istifadəsində müvəqqəti çətinliklər yarana bilər.
"Report"un məlumatına görə, bu barədə şirkətin rəsmi mətbuatdakı açıqlamasında bildirilir.
"Göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar aprelin 21-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür", - deyə məlumatda qeyd edilib.