Azərbaycanlı proqramçılar beynəlxalq poçt xidmətində təhlükəli boşluq tapıb

Azərbaycanlı proqramçılar beynəlxalq poçt xidmətində təhlükəli boşluq tapıb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları qlobal elektron poçt xidmətinin audit yoxlamaları zamanı onun məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşk
İKT
26 Avqust , 2022 17:43
Azərbaycanlı proqramçılar beynəlxalq poçt xidmətində təhlükəli boşluq tapıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən qlobal elektron poçt sisteminin məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşkar edilib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, həmin boşluq rəsmi olaraq təsdiqlənib, ona ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) CVE-2022-35115 identifikasiya kodu verib.

Boşluq barədə qlobal elektron poçt xidmətinin təminatçısı - Çexiyanın paytaxtı Praqada yerləşən proqram təminatı şirkəti "IceWarp Inc." məlumatlandırılıb, adıçəkilən şirkət isə dərhal müsbət reaksiya verərək müvafiq boşluğu aradan qaldıran yenilənmələri tətbiq edib.

1998-ci ildən fəaliyyət göstərən və ABŞ, Almaniya, Rusiya, Çexiya və Hindistanda ofisləri olan şirkətin məhsullarından dünyada 50 000-dən çox müəssisə istifadə edir. Onun məhsulları "Exchange Server", "Office 365" və yaxud "G Suite"ə alternativ hesab olunur.

Son xəbərlər

Orphus sistemi