Azərbaycanlı FİFA referisi nazirlikdəki vəzifəsini tərk edib

Azərbaycanlı FİFA referisi nazirlikdəki vəzifəsini tərk edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov vəzifəsini tərk edib.
İKT
6 Dekabr , 2022 16:11
Azərbaycanlı FİFA referisi nazirlikdəki vəzifəsini tərk edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov vəzifəsini tərk edib.

“Report”un əldə etdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin sədr müavini kimi davam etdirəcək.

Nazirlikdə isə onun yerinə hələ ki, təyinat olmayıb.

1985-ci il təvəllüdlü R.Cabarov 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb, 2009-cu ildən Premyer Liqa oyunlarında referi kimi fəaliyyət göstərir, 2019-cu ildən isə FİFA referisidir.

O, 2017-2018-ci ildə ölkə kubokunun final oyununu idarə edib.

Xatırladaq ki, İKT LAB Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi