Azərbaycanın regionlarında sürətli və keyfiyyətli internet üçün yeni layihəyə start verilib

Azərbaycanın regionlarında sürətli və keyfiyyətli internet üçün yeni layihəyə start verilib Layihə ölkənin 34 regionunu əhatə edir
İKT
11 İyul , 2017 16:07
Azərbaycanın regionlarında sürətli və keyfiyyətli internet üçün yeni layihəyə start verilib
Report

Bakı. 11 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıq quraşdırılır. 

İndi Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıq quraşdırılır. Ümumilikdə bu işlər 34 region üzrə aparılır.

Qeyd edək ki, yeni avadanlığın quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər. Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi