Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri
“Report” Nazirliyin məlumatına əsasən bildirir ki, Ə.Abbasov Azərbaycanda rabitә vә yüksək texnologiyalar sahəsinin son illərdə ardıcıllıqla inkişaf etdiyinə diqqət çəkərək, bu inkişafda mobil rabitə sektorunun xüsusi çəkisi olduğunu vurğulayıb. İKT-nin digər istiqamətlərində olduğu kimi, mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edən nazir bu baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq istiqamətlərindən söz açıb.
“TeliaSonera” prezidenti Y.Dennelind də qarşılıqlı, faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə, həmçinin “TeliaSonera” Şirkətlər Qrupuna daxil olan “Azercell Telecom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən “
Bununla yanaşı, şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi, “Bakı 2015” Birinci Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsinin vacibliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.