Azərbaycanın mobil cihaz bazarında “Apple”ın payı ötən ay 10 %-ə yaxın azalıb

İKT
  • 04 noyabr, 2024
  • 08:33
Azərbaycanın mobil cihaz bazarında “Apple”ın payı ötən ay 10 %-ə yaxın azalıb

Bu ilin oktyabr ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 33,55 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin oktyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 5,37 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,68 faiz bəndi çoxdur.

İkinci pillədəki “Xiaomi”nin bazar payı ay ərzində 5,13 faiz bəndi, il ərzində isə 4,89 faiz bəndi artaraq 27,91 % olub.

Növbəti sıradakı “Apple”ın bazar payı oktyabr ayında 1,51 faiz bəndi və 2023-cü ilin eyni dövrünə nisbətən 1,71 faiz bəndi azalaraq 16,37 % təşkil edib. Beləliklə bir il əvvəlki göstərici ilə müqayisədə şirkətin payı 10 %-ə yaxın azalıb.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı bu ilin sentyabr ayına nisbətən 11,35 faiz bəndi, ötən ilin oktyabr ayı ilə müqayisədə 11,62 faiz bəndi azalaraq 10,23 %-ə düşüb.

İlk beşliyi 5,19 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı ay ərzində 1,26 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,57 faiz bəndi artıb.

44 filmi