Azərbaycanın "Kibermüharibə"də iştirak edəcək qurumlarının adları açıqlanıb

Azərbaycanın "Kibermüharibə"də iştirak edəcək qurumlarının adları açıqlanıb Bu ilin oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində baş tutacaq “Kibermüharibə” yarışında iştirak edəcək qurumların siyahısı müəyyənləşib.
İKT
4 Sentyabr , 2023 15:53
Azərbaycanın Kibermüharibədə iştirak edəcək qurumlarının adları açıqlanıb

Bu ilin oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində baş tutacaq “Kibermüharibə” yarışında iştirak edəcək qurumların siyahısı müəyyənləşib.

“Report”a bu barədə Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata görə, “CIDC-2023” çərçivəsində kiberhücumların simulyasiya ilə keçiriləcək "Kibermüharibə" yarışına qeydiyyat 40 komandayla başa çatıb.

3 mərhələdə keçiriləcək "Kibermüharibə" yarışının ilk 2 mərhələsi sentyabr ayında "onlayn" formatda, 3-cü mərhələsi isə oktyabrın 26-27-də 20 finalçı komanda ilə "Baku Convention Center"də "onsite" baş tutacaq.

Qeydiyyatı təsdiqlənmiş komandaların siyahısına daxildir:

1. Azərbaycan Prezidentinin İşlər İdarəsi - "0x5041"

2. Azərbaycan Respublikasının Baş Prokurorluğu - "Bas Prokurorluq"

3. Prezident Təhlükəsizlik Xidməti - "Iron Fist"

4. Müdafiə Nazirliyi - "MoD of Azerbaijan"

5. Ədliyyə Nazirliyi - "CyberJustice"

6. Fövqəladə Hallar Nazirliyi - "1 Group"

7. İqtisadiyyat Nazirliyi - "Cyber Force"

8. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - "Digital Rangers"

9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - "KiberDost"

10. Elm və Təhsil Nazirliyi - "TechLockDown"

11. Səhiyyə Nazirliyi - "SN"

12. Dövlət Sərhəd Xidməti - "DSX"

13. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "AS4NS3C"

14. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi - "Alinja-Gala Cyber Wizards"

15. Dövlət Gömrük Komitəsi - "Customs"

16. Azərbaycan Mərkəzi Bankı - "CBAR_Team"

17. Azərbaycan Dövlət Neft Şirkəti - "UEIB"

18. Azərbaycan İnvestisiya Holdinqi - "AİH"

19. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - "ADSEA"

20. Şirvan Şəhər İcra Hakimiyyəti - "BRAVE"

21. "Azercell" - "CyberCell"

22. "AzInTelecom" - "Seclusion"

23. "Azerconnect" - "CevahirTeam"

24. "Simbrella Bakı LLC" - "SIMOPS"

25. "Global Service Provider" - "NetVault31337"

26. "PASHA Bank" - "Old School"

27. "Expressbank" - "Xpr3ss1337"

28. "Azer-Türk Bank" - “Bastion”

29. "AFB BANK" ASC - "AzeIntruders"

30. Bank "BTB" - "Bank BTB"

31. "Unibank" - "UniCyberWarriors"

32. "Kapital Bank" - "CyberKapitalists"

33. "Xalq Bank" - "XSecurity"

34. "Muganbank" - "MuganSec"

35. "PASHA Technology LLC" - "This is the way"

36. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) - "ACC Predators"

37. ADA Universiteti - "Firewall Force"

38. Dövlət Pedaqoji Universiteti - "Müəllimlər"

39. French-Azerbaijani University - UFAZ - "CyberSiege"

40. Bakı Ali Neft Məktəbi - "Squadron"

Son xəbərlər

Orphus sistemi