Azərbaycanın İKT məhsullarının ixracı üçün Milli Assosiasiyanın yaradılması təklif olunur

Azərbaycanın İKT məhsullarının ixracı üçün Milli Assosiasiyanın yaradılması təklif olunur Müvafiq mövzunu ekspertlər müzakirə ediblər
İKT
3 Noyabr , 2016 19:14
Azərbaycanın İKT məhsullarının ixracı üçün Milli Assosiasiyanın yaradılması təklif olunur

Bakı. 3 noyabr.REPORT.AZ/ Azərbaycanda İKT həllərin və məhsullarının xarici bazarlara ixracının təşviqi sahəsidə ölkənin İKT sahəsində işgüzar idarələri birləşdirəcək Milli Assosiasiyanın yaradılması təklif olunur.

"Report" xəbər verir ki, bu ideya ilə bu gün Bakıda keçirilən Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən İKT komissiyasının ikinci toplasında qurumun sədri İsmayıl Ələkbərov çıxış edib.

İ.Ələkbərov bildirib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın, startapların inkişafı, habelə ölkənin İKT potensialının xarici bazarlara təşviqi üçün Azərbaycanın İKT Sənayesinin Strateji İnkişaf Planın hazırlanmasına zərurət yaranıb.

Tədbirdə iştirak edən ekspertlər müzakirələr zamanı İKT sahəsində biznesin mühitin yaxşılaşdırılması, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası, həllərin xarici bazarlara ixracının təşviq edilməsi, startap hərəkatına təkan verilməsi üçün konkret təkliflərin hazırlanması və Azərbaycan Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edilməsinə qərar veriblər. 

Son xəbərlər

Orphus sistemi