​Azərbaycanın görkəmli hərbi xadiminin 120 illiyi ilə bağlı poçt markası buraxılıb

​Azərbaycanın görkəmli hərbi xadiminin 120 illiyi ilə bağlı poçt markası buraxılıb Markanın nominal dəyəri 0,5 manat təşkil edir
İKT
11 Avqust , 2015 20:23
​Azərbaycanın görkəmli hərbi xadiminin 120 illiyi ilə bağlı poçt markası buraxılıb

Bakı. 11 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib.

“Report” RYTN-ə istinadən xəbər verir ki, yeni marka Azərbaycanın görkəmli hərbi xadimlərindən biri olan Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilib.

Poçt markasının üzərində C.Naxçıvanskinin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 2-də Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi