Azərbaycanın elektron cihaz bazarında planşetlərin payı bir ayda 47 % azalıb

İKT
  • 03 aprel, 2025
  • 13:34
Azərbaycanın elektron cihaz bazarında planşetlərin payı bir ayda 47 % azalıb

Bu ilin mart ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 73,2 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 0,84 faiz bəndi çox, 2024-cü ilin mart ayı ilə müqayisədə isə 2,44 faiz bəndi azdır.

Kompüterlərin bazar payı aylıq 0,03 faiz bəndi azalaraq, illik müqayisədə isə 2,89 faiz bəndi artaraq 25,9 % olub.

Martda planşetlərin bazar payı 0,9 %-ə düşüb ki, bu da fevrala nisbətən 0,81 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,45 faiz bəndi azdır. Beləliklə planşetlərin bazar payı ötən ay ərzində 47 % azalıb.