Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 47 % artıb

Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 47 % artıb 2024-cü ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 215 informasiya resursunda təhlükəsizlik boşluqları aşkar
İKT
11 Aprel , 2024 17:33
Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 47 % artıb

2024-cü ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 215 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

“Report”un XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 47 % artım deməkdir.

Təkcə mart ayında 76 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki aya nisbətən 7 %, bir il əvvəlki göstərici ilə müqayisədə 62 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.

Son xəbərlər

Orphus sistemi