Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 40 % artıb

Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 40 % artıb Ötən ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 139 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarl
İKT
14 Mart , 2024 14:56
Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 40 % artıb

2024-cü ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 139 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

“Report”un XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 40 % artım deməkdir.

Təkcə fevral ayında 71 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki aya nisbətən 4,4 %, bir il əvvəlki göstərici ilə müqayisədə 15 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.

Son xəbərlər

Orphus sistemi