Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 623 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 11 % azdır.
Kibertəhdidlərin 307-si daxili araşdırma, 316-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyul ayında 125 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 5 % azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.