Azərbaycanın dövlət işçilərinin kibersimulyasiyalara reaksiyası ölçüləcək

Azərbaycanın dövlət işçilərinin kibersimulyasiyalara reaksiyası ölçüləcək Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarında çalışan əməkdaşların kibersimulyasiyalara reaksiyasını ölçəcək.
İKT
1 Sentyabr , 2023 17:05
Azərbaycanın dövlət işçilərinin kibersimulyasiyalara reaksiyası ölçüləcək

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarında çalışan əməkdaşların kibersimulyasiyalara reaksiyasını ölçəcək.

Bunu “Report”a XRİTDX-nin rəisi Tural Məmmədov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber ​​Knowledge Day) həsr olunmuş tədbir çərçivəsində deyib.

O əlavə edib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” istiqamətində bir sıra maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub: “Biz daha çox dövlət qurumlarında maarifləndirmə işləri aparmağa fokuslanmışıq. Artıq bu istiqamətdə “Kibergigiyena” layihəmiz var. Növbəti dövrdə biz “Kibergigiyena”nın daha bir aktiv fazasına başlayacağıq. Burada maarifləndirmədən daha çox birbaşa istifadəçilərin kibersimulyasiyalara reaksiyalarını ölçmək nəzərdə tutulub”.

T.Məmmədov düşünür ki, yaxın vaxtlarda qurum bu istiqamətdə daha aktiv fəaliyyətə başlayacaq: “Eyni zamanda həm sosial şəbəkələr, həm də sayt vasitəsilə vətəndaşların da maarifləndirilməsi istiqamətində işlər aparırıq”.

Son xəbərlər

Orphus sistemi