Azərbaycandakı ev təsərrüfatlarında olan kompüterlərin sayı açıqlanıb

İKT
  • 08 avqust, 2024
  • 06:34
Azərbaycandakı ev təsərrüfatlarında olan kompüterlərin sayı açıqlanıb

Ötən ilin sonuna Azərbaycandakı ev təsərrüfatlarında 1 milyon 761 min 609 ədəd kompüter olub.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən 101 min 806 ədəd və ya 6,1 % çoxdur.

Hesabat dövründə stolüstü kompüterlərin sayı 11,5 % azalaraq 354,1 min ədəd, portativ kompüterlərin sayı 5,1 % artaraq 821,39 min ədəd və planşet və ya digər oxşar avadanlıqların sayı 22,6 % artaraq 586,12 min ədəd təşkil edib.

Ötən il ev təsərrüfatları üzrə hər 1 000 nəfərə 173 kompüter (bir il əvvəllə nisbətən 5,5 % çox) düşüb, o cümlədən 34,8 stolüstü kompüter (12,6 % az), 80,6 portativ kompüterlər (+3 % çox) və 57,6 planşet və ya digər oxşar avadanlıq (+26 % çox) düşüb.

Kompüterdən istifadə edənlərin 45,9 %-i (0,9 faiz bəndi çox) 36-64 yaş qrupunda, 27,6 %-i (2,1 faiz bəndi az) 24 yaşadək, 24,2 %-i (2 faiz bəndi çox) 25-35 yaş qrupunda, 2,3 %-i (0,8 faiz bəndi az) 64 yaşdan yuxarı olan şəxslərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti