Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın bölgələrində bütün internet provayderlərinə bərabər şəraitin yaradılması ən başlıca məsələlərdən biridir. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, RYTN tərəfindən yaradılan Data Mərkəzin tamamlanma işləri həyata keçirilir: “Bu, çox böyük həcmli Data Mərkəzidir və bu mərkəzin fəaliyyətə başlanması üçün son işlər görülür. Tezliklə Data Mərkəzi fəaliyyətə başlayacaq”.