Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

İKT
  • 12 avqust, 2024
  • 09:20
Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

Ötən il Azərbaycanda fəaliyyət göstərən 2 566 müəssisənin veb səhifəsi olub.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-cü ilin göstərisindən 31 ədəd və ya 1,2 % çoxdur. Bu cür müəssisələrin ölkədə fəaliyyətdə olan müəssisələrin sayında xüsusi çəkisi 10,6 % təşkil edib.

Veb səhifələrin 50-si (əvvəlki ilə nisbətən 1 ədəd çox) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 33-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 166-sı (1 ədəd çox) emal sənayesi, 25-i (dəyişməyib) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29-u (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 177-si (1 ədəd çox) tikinti, 218-i (3 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 82-i (1 ədəd çox) nəqliyyat və anbar təsərrüfatı, 65-i (2 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 160-ı (2 ədəd çox) informasiya və rabitə, 422-si (dəyişməyib) maliyyə və sığorta fəaliyyəti, 51-i (2 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 228-i (3 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 103-ü (1 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 361-i (3 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 130-u (4 ədəd çox) təhsil, 101-i (3 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 89-u (2 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 76-sı (3 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.

Hesabat dövründə veb səhifəsi Azərbaycan serverlərində yerləşdirilmiş müəssisələrin sayı əvvəlki ilə nisbətən 12 ədəd və ya 0,7 % artaraq 1 648-ə çatıb.

Bunların 27-si (dəyişməyib) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 13-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 118-i (dəyişməyib) emal sənayesi, 12-si (dəyişməyib) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 15-i (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 74-ü (1 ədəd çox) tikinti, 156-sı (1 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 45-i (dəyişməyib) nəqliyyat və anbar təsərrüfatı, 37-si (dəyişməyib) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 111-i (1 ədəd çox) informasiya və rabitə, 337-i (3 dəfə çox) maliyyə və sığorta fəaliyyəti, 23-ü (dəyişməyib) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 132-si (1 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 68-i (1 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 233-ü (2 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 67-si (2 ədəd çox) təhsil, 62-si (dəyişməyib) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 60-ı (dəyişməyib) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 58-i (dəyişməyib) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.

44 filmi