Azərbaycanda telefon rabitəsinin 140 illiyinə dair poçt markası buraxılıb

Azərbaycanda telefon rabitəsinin 140 illiyinə dair poçt markası buraxılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC ölkədə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası buraxıb.
İKT
6 Dekabr , 2021 17:14
Azərbaycanda telefon rabitəsinin 140 illiyinə dair poçt markası buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC ölkədə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası buraxıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.

Son xəbərlər

Orphus sistemi