Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasteri yaradılır

Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasteri yaradılır SABAH.Hub İnnovasiya mərkəzi və İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı üçün elm və sənaye klasterinin yaradılma
İKT
27 İyun , 2024 16:24
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasteri yaradılır

SABAH.Hub İnnovasiya mərkəzi və İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı üçün elm və sənaye klasterinin yaradılması istiqamətində birgə səylərin davam etdirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, imzalanma "Baku ID" (Baku İnvestment Day) çərçivəsində baş tutub.

Memorandumu 4SİM-in icraçı direktoru Fariz Cəfərov və SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlı imzalayblar.

Anlaşma memorandumunun məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqdır.

Memoranduma əsasən, tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, süni intellekt fokuslu beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər.

Sənəd, həmçinin Dünya İqtisadi Forumunun (DİF) "Qlobal İnnovatorlar" icması ilə oxşar təcrübənin ölkədə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir. 4SİM və SABAH.HUB DİF-in "Unicorns" və "Technology Pioneers" icmaları ilə əməkdaşlıq edərək Azərbaycan startaplarınına həmin icmalara üzvlüyünə dəstək olacaq.

Son xəbərlər

Orphus sistemi