Azərbaycanda rabitə xidmətləri 5% artıb

Azərbaycanda rabitə xidmətləri 5% artıb Bu sahədə əldə edilən gəlirin 4/5-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
18 Aprel , 2017 11:32
Azərbaycanda rabitə xidmətləri 5% artıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 391,7 mln. manatlıq xidmət göstərib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, onun da 71,4%-i əhali tərəfindən istehlak olunub.

Statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,1% artıb. Bu sahədə əldə edilən gəlirin 80,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,5%-i və ya 189,9 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi