Azərbaycanda planşetlərdə “Safari”nin bazar payı avqustda 41 % azalıb

İKT
  • 03 sentyabr, 2024
  • 13:24
Azərbaycanda planşetlərdə “Safari”nin bazar payı avqustda 41 % azalıb

Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 79,19 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 0,72 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 0,49 faiz bəndi çoxdur.

İkinci pillədəki “Safari”nin bazar payı iyula nisbətən 1,09 faiz bəndi artaraq, illik müqayisədə isə 0,01 faiz bəndi azalaraq 10,04 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı həm ötən aya həm də bir il əvvələ nisbətən 0,6 faiz bəndi azalaraq 4,25 % təşkil edib.

Dördüncü yerdəki “Opera”nın bazar payı iyula nisbətən 0,07 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,06 faiz bəndi artaraq 2,61 % təşkil edib.

İlk beşliyi qapadan “Edge”nin bazar payı iyul ayı ilə müqayisədə 0,22 faiz bəndi, 2023-cü ilin avqust ayına nisbətən 0,69 faiz bəndi artaraq 1,66 %-ə çatıb.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 80,11 % (1,44 faiz bəndi və 2,76 faiz bəndi az)

“Edge” – 6,15 % (0,16 faiz bəndi və 2,9 faiz bəndi çox)

“Opera” – 5,67 % (0,96 faiz bəndi və 0,54 faiz bəndi çox)

“Safari” – 3,39 % (0,05 faiz bəndi çox və 0,24 faiz bəndi az)

“Firefox” – 2,35 % (0,2 faiz bəndi və 0,30 faiz bəndi çox)

Mobil cihazlarda:

“Chrome” – 78,91 % (0,64 faiz bəndi az və 1,87 faiz bəndi çox)

“Safari” – 12,4 % (1,9 faiz bəndi çox və 0,89 faiz bəndi az)

“Samsung Internet” – 5,83 % (0,57 faiz bəndi və 1,07 faiz bəndi az)

“Opera” – 1,53 % (0,37 % az və 0,45 faiz bəndi çox)

“Yandex Browser” – 0,86 % (0,07 faiz bəndi az və 0,35 faiz bəndi çox)

Planşetlərdə:

“Chrome” – 75,44 % (5,94 faiz bəndi çox və 2,2 faiz bəndi az)

“Safari” – 13,44 % (9,24 faiz bəndi az və 1,92 faiz bəndi çox, nəticədə "Safari"nin bazar payı avqustda 41 % azalıb)

“Android” – 8,44 % (3,19 faiz bəndi və 2,81 faiz bəndi çox)

“Yandex Browser” – 1,49 % (0,55 faiz bəndi və 1,36 faiz bəndi çox)

“Opera” – 0,91 % (0,12 faiz bəndi çox və 0,94 faiz bəndi az)

Son xəbərlər

Bütün Xəbər Lenti