Azərbaycanda planşetlərdə “İOS”un bazar payı kəskin azalıb
- 05 dekabr, 2024
- 11:15
Bu ilin noyabr ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 82,62 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin noyabr hesabatına istinadən verdiyi xəbərə görə, bu, oktyabr ayına nisbətən 0,37 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,41 faiz bəndi azdır.
Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı oktyabr ayı ilə müqayisədə 0,44 faiz bəndi, ötən ilin noyabr ayına nisbətən isə 0,2 faiz bəndi artaraq 16,81 %-ə çatıb.
Noyabrda planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 16,29 faiz bəndi, illik isə 16,81 faiz bəndi azalaraq 90,86 % olub.
Həmin cihazlarda “İOS”un bazar payı 9,1 % təşkil edib ki, bu da oktyabr ayına nisbətən 16,26 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 16,83 faiz bəndi azdır. Beləliklə bir il əvvəllə müqayisədə adıçəkilən əməliyyat sisteminin bazar payı 65 % azalıb.