Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 69 % azalıb

İKT
  • 03 fevral, 2025
  • 16:20
Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 69 % azalıb

Bu ilin yanvar ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 80,49 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi xəbərə görə, bu, dekabr ayına nisbətən 0,8 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,42 faiz bəndi azdır.

Beləliklə mobil cihazlarda “Android”in bazar payı ardıcıl olaraq üçüncü aydır azalır.

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 0,72 faiz bəndi, illik müqayisədə isə 2,38 faiz bəndi artaraq 18,86 %-ə çatıb.

Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 3,3 faiz bəndi azalaraq, illik isə 22,22 faiz bəndi artaraq 89,95 % olub.

Həmin cihazlarda “İOS”un bazar payı 10,04 % təşkil edib ki, bu da aylıq müqayisədə 3,29 faiz bəndi çox, illik isə 22,2 faiz bəndi azdır. Bu isə “İOS”in bazar payının 69 % azalmasını göstərir.

44 filmi