Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 42 % azalıb

İKT
  • 04 iyun, 2025
  • 16:30
Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 42 % azalıb

Bu ilin may ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 85,85 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 5,38 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,17 faiz bəndi çoxdur.

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 5,11 faiz bəndi və illik müqayisədə 1,99 faiz bəndi azalaraq 13,74 % olub.

Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 6,72 faiz bəndi və illik müqayisədə 13,12 faiz bəndi artaraq 81,9 % təşkil edib.

Həmin cihazlarda “İOS”un bazar payı 17,89 % təşkil edib ki, bu da aylıq müqayisədə 6,85 faiz bəndi, illik isə 12,82 faiz bəndi azdır. Bu isə “İOS”un bazar payının illik ifadədə 42 % azalmasını göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti