Azərbaycanda planşetlərdə “İOS”un bazar payı 27 % azalıb
- 02 may, 2025
- 15:11
Bu ilin aprel ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 80,47 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi xəbərə görə, bu, mart ayına nisbətən 0,15 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,97 faiz bəndi azdır.
Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 0,24 faiz bəndi azalaraq və illik müqayisədə 2,75 faiz bəndi artaraq 18,85 % olub.
Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 3,86 faiz bəndi azalaraq və illik müqayisədə 9,69 faiz bəndi artaraq 75,18 % təşkil edib.
Həmin cihazlarda “İOS”un bazar payı 24,74 % təşkil edib ki, bu da aylıq müqayisədə 3,78 faiz bəndi çox, illik isə 9,21 faiz bəndi azdır. Bu isə “İOS”un bazar payının illik ifadədə 27 % azalmasını göstərir.