Azərbaycanda planşetlərdə “Chrome”un payı mayda 24 % azalıb
- 04 iyun, 2025
- 19:32
Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 82,44 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 4,12 faiz bəndi, 2024-cü ilin may ayı ilə müqayisədə 1,56 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı aylıq 2,57 faiz bəndi azalaraq, illik isə 0,49 faiz bəndi azalaraq 8,19 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,76 %, illik müqayisədə isə 1,22 faiz bəndi azalaraq 2,94 % təşkil edib.
Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,29 faiz bəndi, illik isə 0,73 faiz bəndi azalaraq 1,98 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı aylıq 0,37 faiz bəndi, illik isə 0,03 faiz bəndi azalaraq 1,42 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 79,71 % (aylıq 0,04 faiz bəndi çox və illik 3,46 faiz bəndi az);
“Edge” – 6,38 % (aylıq 0,38 faiz bəndi az və illik 1,07 faiz bəndi çox);
“Opera” – 4,65 % (aylıq 0,33 faiz bəndi çox və illik 0,35 faiz bəndi az).
“Safari” – 2,45 % (aylıq 0,82 faiz bəndi az və illik 0,04 faiz bəndi çox);
“Yandex Browser” – 3,43 % (aylıq 0,65 faiz bəndi və illik 1,68 faiz bəndi çox);
Mobil cihazlarda:
“Chrome” – 83,45 % (aylıq 5,57 faiz bəndi və illik 3,33 faiz bəndi çox);
“Safari” – 9,74 % (aylıq 3,62 faiz bəndi və illik 1,16 faiz bəndi az);
“Samsung Internet” – 3,78 % (aylıq 1,26 faiz bəndi və illik 1,99 faiz bəndi az);
“Opera” – 1,26 % (aylıq 0,30 faiz bəndi və illik 0,63 faiz bəndi az);
“Yandex Browser” – 1,18 % (aylıq 0,36 faiz bəndi az və illik 0,41 faiz bəndi çox);
Planşetlərdə:
“Chrome” – 57,72 % (aylıq 17,87 faiz bəndi və illik 17,21 faiz bəndi az). Beləliklə onun bazar payı mayda 24 % azalıb;
“Android” – 29,31 % (aylıq 22,09 faiz bəndi və illik 23,75 faiz bəndi çox);
“Safari” – 11,34 % (aylıq 4,44 faiz bəndi və illik 6,02 faiz bəndi az);
“Yandex Browser” – 0,75 % (aylıq 0,31 faiz bəndi və illik 0,03 faiz bəndi çox);
“Opera” – 0,53 % (aylıq 0,26 faiz bəndi və illik 0,24 faiz bəndi az);