Azərbaycanda planşetlərdə “Chrome”un bazar payı martda 35 % azalıb
- 03 aprel, 2024
- 08:31
Bu ilin mart ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 77,53 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevrala nisbətən 6,02 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,2 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 0,77 faiz bəndi artaraq və 1,43 faiz bəndi azalaraq 10,09 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı müvafiq olaraq 1,62 faiz bəndi və 1,43 faiz bəndi artaraq 5,38 %-ə çatıb.
Dördüncü yerdəki “Opera”nın bazar payı müvafiq olaraq 1,52 faiz bəndi azalaraq və 0,43 faiz bəndi artaraq 3,08 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 1,53 faiz bəndi azalaraq və 0,2 faiz bəndi artaraq 1,33 %-ə çatıb.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 79,01 % (17,18 faiz bəndi və 2,33 faiz bəndi çox)
“Opera” – 7,06 % (2,07 faiz bəndi az və 0,02 faiz bəndi çox)
“Edge” – 5,64 % (2,71 faiz bəndi az və 1,47 faiz bəndi çox)
“Safari” – 3,29 % (0,23 faiz bəndi çox və 1,51 faiz bəndi az)
“Firefox” – 2,01 % (6,39 faiz bəndi və 2,46 faiz bəndi az)
Mobil cihazlarda:
“Chrome” – 77,65 % (1,6 faiz bəndi və 1,43 faiz bəndi çox)
“Safari” – 12,05 % (0,03 faiz bəndi və 1,91 faiz bəndi az)
“Samsung Internet” – 7,11 % (0,98 faiz bəndi çox və 0,46 faiz bəndi az)
“Opera” – 1,92 % (0,61 faiz bəndi az və 0,88 faiz bəndi çox)
“Yandex Browser” – 0,77 % (0,05 faiz bəndi və 0,42 faiz bəndi çox)
Planşetlərdə:
“Chrome” – 45,93 % (24,45 faiz bəndi və 29,88 faiz bəndi az, bununla da “Chrome” mart ayı ərzində bazar payının 35 %-ni itirib)
“Android” – 35,81 % (30,72 faiz bəndi və 28,6 faiz bəndi çox)
“Safari” – 16,63 % (6,07 faiz bəndi az və 2,65 faiz bəndi çox)
“Yandex Browser” – 0,75 % (0,29 faiz bəndi və 0,52 faiz bəndi çox)
“Opera” – 0,55 % (0,75 faiz bəndi və 0,87 faiz bəndi az)