Azərbaycanda planşetlərdə “ChatGPT”nin payı iyunda 50 % azalıb

İKT
  • 03 iyul, 2025
  • 13:52
Azərbaycanda planşetlərdə “ChatGPT”nin payı iyunda 50 % azalıb

Bu ilin iyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 96,01 %-ə çatıb.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 1,31 faiz bəndi çoxdur.

İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 2,39 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,73 faiz bəndi azdır.

Növbəti yerdə qərarlaşan “Google Gemini”nin bazar payı ay ərzində 0,22 faiz bəndi azalaraq 0,77 % təşkil edib.

Dördüncü yerdəki “Perplexity”nin bazar payı iyunda 0,29 faiz bəndi azalaraq 0,49 %-ə düşüb.

İlk beşliyi 0,14 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı may ayı ilə müqayisədə 0,12 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 96,31 % (0,33 faiz bəndi az);

“Microsoft Copilot” – 2,41 % (1,01 faiz bəndi çox);

“Google Gemini” – 0,8 % (0,07 faiz bəndi çox);

“Perplexity” – 0,32 % (0,41 faiz bəndi az);

“Claude” – 0,16 % (0,15 faiz bəndi az);

Mobil cihazlarda:

“ChatGPT” – 95,98 % (12,77 faiz bəndi çox);

“Microsoft Copilot” – 1,72 % (11,49 faiz bəndi az);

“Perplexity” – 1,72 % (0,65 faiz bəndi çox);

“Google Gemini” – 0,57 % (1,93 faiz bəndi az).

Planşetlərdə:

“ChatGPT” – 50 % (50 faiz bəndi az). Beləliklə onun payı ay ərzində 50 % azalıb;

“Microsoft Copilot” – 50 % (iyunda reytinqə daxil edilib)

Son xəbərlər

Bütün Xəbər Lenti