Azərbaycanda planşetlərdə “Android”in bazar payı 14 % azalıb
- 02 avqust, 2024
- 10:11
Bu ilin iyul ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 84,98 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 1,85 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 3,18 faiz bəndi çoxdur.
Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı müvafiq olaraq 1,56 faiz bəndi və 4,28 faiz bəndi azalaraq 14,38 %-ə çatıb.
İyulda planşetlərdə "Android”in bazar payı müvafiq olaraq 3,27 faiz bəndi və 10,93 faiz bəndi azalaraq 68,27 % olub. Beləliklə ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat sisteminin bazar payı 14 % azalıb.
Həmin cihazlarda “İOS”un bazar payı 30,98 % təşkil edib ki, bu da iyun ayına nisbətən 3,5 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 10,7 faiz bəndi çoxdur.