Azərbaycanda planşetlərdə “Android” brauzerinin payı 77 % azalıb
- 03 aprel, 2025
- 16:49
Bu ilin mart ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,16 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 0,63 faiz bəndi az, 2024-cü ilin mart ayı ilə müqayisədə 0,81 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,18 faiz bəndi, illik isə 0,79 faiz bəndi artaraq 10,88 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,03 % az, illik müqayisədə isə 1,59 faiz bəndi azalaraq 3,79 % təşkil edib.
Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,03 faiz bəndi, illik isə 0,69 faiz bəndi azalaraq 2,39 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı aylıq 0,07 faiz bəndi azalaraq, illik isə 0,35 faiz bəndi artaraq 1,68 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 79,43 % (aylıq 1,74 faiz bəndi az və illik 0,42 faiz bəndi çox);
“Edge” – 6,29 % (aylıq 0,19 faiz bəndi az və illik 0,65 faiz bəndi çox);
“Opera” – 5,06 % (aylıq 0,26 faiz bəndi çox və illik 2 faiz bəndi az);
“Safari” – 3,28 % (aylıq 0,64 faiz bəndi çox və illik 0,01 faiz bəndi az);
“Firefox” – 2,54 % (aylıq 0,3 faiz bəndi və illik 0,53 faiz bəndi az);
Mobil cihazlarda:
“Chrome” – 77,74 % (aylıq dəyişməyib və illik 0,09 faiz bəndi çox);
“Safari” – 13,56 % (aylıq 0,14 faiz bəndi az və illik 1,51 faiz bəndi çox);
“Samsung Internet” – 5,17 % (aylıq 0,12 faiz bəndi və illik 1,94 faiz bəndi az);
“Opera” – 1,44 % (aylıq 0,15 faiz bəndi və illik 0,48 faiz bəndi az);
“Yandex Browser” – 1,25 % (aylıq 0,08 faiz bəndi və illik 0,48 faiz bəndi çox);
Planşetlərdə:
“Chrome” – 76,59 % (aylıq 11,66 faiz bəndi az və illik 30,66 faiz bəndi çox);
“Safari” – 12,07 % (aylıq 6,45 faiz bəndi çox və illik 4,56 faiz bəndi az);
“Android” – 8,29 % (aylıq 4,02 faiz bəndi çox və illik 27,52 faiz bəndi az). Beləliklə də “Android”in bazar payı 77 % azalıb;
“Opera” – 2,15 % (aylıq 0,64 faiz bəndi və illik 1,6 faiz bəndi çox);
“Yandex Browser” – 0,7 % (aylıq 0,44 faiz bəndi çox və illik 0,05 faiz bəndi az).