2020-ci ildə Azərbaycandakı ev istifadəçilərinin 44%-i, korporativ istifadəçilərin isə 35%-i lokal təhdidlərlə (yəni kompüterlərdə və ya onlara qoşulub çıxarıla bilən daşıyıcılarda – USB fleş və yaddaş kartlarında, xarici sərt disklərdə və s. aşkarlanan təhdidlər) qarşılaşıblar.
“Report” xəbər verir ki, bu barədə “Kaspersky” şirkəti məlumat yayıb.
Məlumata görə, ev istifadəçilərinin 11%-i və korporativ istifadəçilərin 7%-i internetdə yoluxma riskinə məruz qalıb.
2020-ci ildə bank troyanları Azərbaycan istifadəçilərinə nisbətən daha tez-tez hücumlar etməyə başlayıb.
“Kaspersky” həlləri il ərzində fişinq saytlarına təxminən 495 min giriş cəhdinin qarşısını alıb. Bu mənbələrin təxminən beşdə biri skam olub. Bu termin təcavüzkarların istifadəçini pul mükafatı vədi ilə saxta səhifəyə cəlb etdiyi reklamları ehtiva edir.Təklifin real görünməsi üçün saxta ödənişlərin miqdarı şişirdilmir. Şəxs sorğunun və ya anketin bütün mərhələlərini keçdikdə, ondan "sabit ödəniş" istənilir. Nəticədə isə o, heç bir pul almır və ödənilən “komissiya” təcavüzkarların cibinə gedir.
“Lokal təhdidlər hələ də ümumi mənzərənin əhəmiyyətli bir hissəsini tutur. Ötən il Azərbaycanda ev istifadəçilərinin demək olar ki, yarısı və korporativ istifadəçilərin üçdə birindən çoxu onlarla qarşılaşıb. Bu, çox vaxt rəqəmsal savadlılığın aşağı olmasından qaynaqlanır. Bu səbəbdən də kiber təhdidlər barədə məlumatlandırma ehtiyacının həm korporativ işçilər, həm də ev istifadəçiləri üçün aktual olduğuna inanırıq. Lazımi bacarıqları inkişaf etdirmək üçün praktiki tapşırıqlara yönələn təlimlər müəssisənin informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə biləcək bir tədbirdir,” deyə “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kiber təhdidlərdən qorunmaq üçün “Kaspersky” bir sıra qaydalara əməl etməyi tövsiyə edir.
İlk olaraq məktublar, messencer mesajları və ya SMS-lərdəki şübhəli inklərə keçid etməmək, əməliyyat sistemi və tətbiqlər üçün müntəzəm qaydada yenilənmələr yükləmək, tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırmaq lazımdır.
Həmçinin hesablar üçün çətin və mürəkkəb şifrələrdən istifadə etmək, vacib məlumatları müntəzəm olaraq öz cihazından buluda, USB fleş karta və ya sərt diskə köçürmək, tətbiqlərə lazımsız funskiyalara giriş imkanı verməmək və “Kaspersky Internet Security” kimi etibarlı qoruma həlli yükləmək məsləhətdir.
Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artırmaq üçün, onlara təlimlər keçməsi tövsiyə olunur. Məsələn, avtomatlaşdırılmış platforma