Azərbaycanda ötən il dövlət qurumlarının adına bənzəyən 100 domen bloklanıb
İKT
- 08 yanvar, 2025
- 07:20
Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə 46 % azdır.
Təkcə IV rübdə 23 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 81 % azdır.
2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 46 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 367 yeni subdomen verilib ki, bu da illik müqayisədə 14 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.
Son xəbərlər
06:38
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Digər ölkələr06:14
ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb
Digər ölkələr05:44
Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Digər ölkələr05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35