Azərbaycanda ödənişli xidmətlərin həcmi 2,3% artıb

Azərbaycanda ödənişli xidmətlərin həcmi 2,3% artıb Xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1145,9 mln. manat olub
İKT
18 Mart , 2016 20:51
Azərbaycanda ödənişli xidmətlərin həcmi 2,3% artıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 1145,9 mln. manat olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, artımın 58,8%-ni hüquqi şəxslər təmin edib. Onlar tərəfindən əhaliyə 850,1 mln. manatlıq xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 1,8% üstələyib.

Bu ilin yanvar-fevral ayları ərzində hər bir ölkə sakini orta hesabla 119,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi