Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək

Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək Hazırda bu istiqamətdə iş aparılır
İKT
28 Noyabr , 2016 14:23
Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda televiziya yayımında istifadə edilən tezliklər mobil operatorların genişzolaqlı internet xidmətləri üçün istifadə olunacaq.

"Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

"Rəqəmsal televiziyaya keçidin mahiyyəti ondan ibarətdir ki, televiziya yayımında istinad edilən tezliklər hazırda boşaldılsın və gələcəkdə yeni texnologiyalar əsasında, xüsusən, mobil texnologiyalar, əşyaların interneti üçün lazım ola biləcək tezliklər şəkildə istifadəsinə imkan yaransın. Hazırda bu istiqamətdə iş aparılır. Güman edirəm ki, tezliklər boşaldıqdan sonra onların yenidən, xüsusən də, mobil xidmətlərin göstərməsi üçün istifadəsi mümkün olacaq" - nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi