Azərbaycanda mobil cihazların bazar payı oktyabrda da azalıb
- 05 noyabr, 2024
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 71,54 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 1,2 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,78 faiz bəndi azdır. Bu elektron cihazların bazar payı ardıcıl olaraq dördüncü aydır azalmaqda davam edir.
Kompüterlərin bazar payı sentyabra nisbətən 1,15 faiz bəndi, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə isə 4,98 faiz bəndi artaraq 27,52 % olub.
Oktyabrda planşetlərin bazar payı 0,94 %-də qərarlaşıb ki, bu da sentyabra nisbətən 0,05 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,2 faiz bəndi azdır.