Azərbaycanda mobil cihazlarda “Android”in bazar payı azalır

İKT
  • 04 oktyabr, 2024
  • 13:03
Azərbaycanda mobil cihazlarda “Android”in bazar payı azalır

Bu ilin sentyabr ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 81,53 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,69 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 4,45 faiz bəndi çoxdur. Beləliklə mobil cihazlarda “Android”in payı ardıcıl olqaraq üçüncü aydır azalır.

Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı avqust ayı ilə müqayisədə 0,82 faiz bəndi artaraq, ötən ilin sentyabr ayına nisbətən isə 4,42 faiz bəndi azalaraq 17,88 %-ə çatıb.

Sentyabrda planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 3,92 faiz bəndi, illik isə 0,44 faiz bəndi azalaraq 69,42 % olub.

Həmin cihazlarda “İOS”un bazar payı 30,48 % təşkil edib ki, bu da avqust ayına nisbətən 4,07 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,14 faiz bəndi çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti