Azərbaycanda mobil cihaz və planşetlərdə “Android”in bazar payı azalıb
- 12 fevral, 2024
- 06:50
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 82,91 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, ilin əvvəlinə nisbətən 0,91 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,46 faiz bəndi azdır.
Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı müvafiq olaraq 0,65 faiz bəndi və 0,40 faiz bəndi artaraq 16,48 %-ə çatıb.
Yanvarda planşetlərdə "Android”in bazar payı müvafiq olaraq 4,65 faiz bəndi və 8,64 faiz bəndi azalaraq 67,73 %-ə enib.
Həmin cihazlarda “İOS”un bazar payı 32,26 % təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 4,68 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 8,67 faiz bəndi çoxdur.