Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək Nazirlər Kabineti yaxın vaxtlarda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı"nı təsdiq edəcək.
İKT
26 Oktyabr , 2023 15:32
Azərbaycanda Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı təsdiq ediləcək

Nazirlər Kabineti yaxın vaxtlarda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı"nı təsdiq edəcək.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib.

"Bildiyiniz kimi, bu ilin iyul ayında Nazirlər Kabineti "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nı təsdiqləyib. Həmin qərara görə, səlahiyyətli orqanın təklifləri əsasında "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" da təsdiq olunmalıdır. Bununla bağlı tapşırıq verilib ki, sorğular 30 gün müddətində cavablandırılsın. Həmin müddət 90 günə çatıb, amma kritik informasiya infrastruku obyektlərinin sahibləri lazımi məlumatları göndərməkdə çətinlik çəkir. Bu ilk təcrübədir və normal bir haldır. Artıq hökumətə təqdim etdiyimiz əsaslandırılmış sənədlər var və onlar nəzərə alınır. Hər il bu obyektlərin siyahısında dəyişiklik edilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi