Azərbaycanda kosmosa dair ilkin informasiyaların göstəriciləri təsdiq ediləcək

Azərbaycanda kosmosa dair ilkin informasiyaların göstəriciləri təsdiq ediləcək Prezidentin İlham Əliyev bu gün təsdiq etdiyi “Kosmik fəaliyyət haqqında” qanunla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) üzərinə yeni öhdəlik qoyulub.
İKT
4 Avqust , 2023 17:50
Azərbaycanda kosmosa dair ilkin informasiyaların göstəriciləri təsdiq ediləcək

Prezidentin İlham Əliyev bu gün təsdiq etdiyi “Kosmik fəaliyyət haqqında” qanunla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) üzərinə yeni öhdəlik qoyulub.

"Report" xəbər verir ki, nazirlik xarici kosmik obyektdən Azərbaycanda birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Nazirlər Kabineti isə 3 ay müddətində qanunların və prezidentinin aktlarının “Kosmik fəaliyyət haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, RİNN yanında Kosmik Agentliyin ("Azərkosmos") fəaliyyət istiqamətləri üzrə müvafiq işlər görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, kosmik fəaliyyət subyektlərinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət qaydasını təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi