Azərbaycanda “Könüllülər ili” ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

Azərbaycanda “Könüllülər ili” ilə bağlı poçt markası dövriyyəyə buraxılıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il - “Könüllülər ili” ilə əlaqədar hazırladığı poçt markasını artıq dövriyyəyə buraxıb.
İKT
5 Dekabr , 2020 17:13
Azərbaycanda “Könüllülər ili” ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il - “Könüllülər ili” ilə əlaqədar hazırladığı poçt markasını artıq dövriyyəyə buraxıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, məqsəd Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilmiş “Könüllülər ili”nə töhfə verməkdir.

Poçt markasının təsvirində aydın səma fonunda əl-ələ tutmuş 3 insan silueti simvolik olaraq insanlar arasındakı birliyi, həmrəyliyi, qarşılıqlı köməyi ifadə edir. İnsan fiqurları arasındakı boşluqlar isə qədim zamanlardan sülh quşu, qayğı, xoş məram simvolu sayılan göyərçin silueti əmələ gətirir.

Poçt markası rəssam Vüqar Əyyubovun dizaynı əsasında hazırlanıb və 7 min tirajla çap olunub.

Son xəbərlər

Orphus sistemi