Azərbaycanda kompüter avadanlıqlarının istehsalı 43% artıb

Azərbaycanda kompüter avadanlıqlarının istehsalı 43% artıb Bu ilin yanvar-iyul aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 123,4 milyon manatlıq məhsul istehsal olunub.
İKT
22 Avqust , 2020 17:15
Azərbaycanda kompüter avadanlıqlarının istehsalı 43% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 123,4 milyon manatlıq məhsul istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42,8%, elektrik avadanlıqlarının istehsalında isə 5,1% artıb. 

Hesabat dövründə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,3 dəfə, 1 000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,4 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi