Azərbaycanda KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə başlanılıb

Azərbaycanda KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə başlanılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı əsas tutaraq kiçik və or
İKT
1 Dekabr , 2023 12:26
Azərbaycanda KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı əsas tutaraq kiçik və orta biznes (KOB) subyektlərinin rəqəmsallaşması layihəsi üzrə işlərin görülməsinə start verib.

"Report" nazirliyə istinadən xəbər verir ki, əsas məqsəd KOB-ların innovativ həll yolları ilə effektivliyinin və iqtisadi göstəricilərinin artırılması, biznes və sahibkarlıq proseslərin optimallığının təmin olunmasıdır. Bir neçə istiqamət üzrə fəaliyyətə başlayan layihə çərçivəsində Rəqəmsal Yetkinlik İndeksi (DMI – Digital Maturity Index) platforması yaxın zamanlarda KOB-ların istifadəsinə veriləcək. Bu platformanın məqsədi KOB-lara rəqəmsal yetkinliyin qiymətləndirilməsi və artırılması üçün imkan yaratmaq və onları daha effektiv biznes mühiti ilə təmin etməkdir.

Bundan əlavə gənc sahibkarları əhatə edəcək paralel bir neçə rəqəmsallaşma layihələrinə hazırlıq proseslərinə artıq başlanılıb. Məqsəd daha dinamik sahibkarlıq ekosistemi qurmaq və rəqəmsallaşmanın əhəmiyyəti ilə bağlı digər KOB-ların məlumatlılığını artırmaqdır. Eyni zamanda layihə çərçivəsində ilboyu rəqəmsallaşma biliklərinin artırılması və yeni rəqəmsallaşma həllərin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi