Azərbaycanda kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

Azərbaycanda kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi və qiymətləndirilməsi üçün platforma yaradıb.
İKT
6 İyun , 2024 12:55
Azərbaycanda kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi və qiymətləndirilməsi üçün platforma yaradıb.

“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, yeni sistem yaxın günlərdə dövlət qurumlarına təqdim olunacaq.

“İstənilən dövlət qurumu tədbirlər planına görə ona tapşırılan məsələni bu platformada qeydiyyata aldıra biləcək. Platformanın bir neçə istiqamətdə faydası olacaq. Bunlardan biri bütün tapşırıqların bir mərkəzdən koordinasiya olunmasıdır. Eyni zamanda tapşırıqlarda bir neçə dövlət qurumuna öhdəlik qoyulacaq, əsas və digər icraçılar olaraq. Platforma imkan verəcək ki, dövlət qurumları icrası tapşırılan məsələ ilə bağlı müzakirələri həmin platforma üzərindən təşkil eləsin və hər qurum icrasında olan proses barədə məlumatları bu sistemə daxil etsin. İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyası tərkibində monitorinq və qiymətləndirmə üzrə yaradılmış işçi qrup sistem üzərindən görülən işləri müəyyən olunmuş indikatorlar üzrə qiymətləndirə biləcək”,- deyə T.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi