Azərbaycanda kiberdələduzluğa məruz qalanlar orta hesabla 25 manat itirir

Azərbaycanda kiberdələduzluğa məruz qalanlar orta hesabla 25 manat itirir Azərbaycanda insanlara qarşı dələduzluq edən şəxslər 80% hallarda mətn mesajları vasitəsi ilə hücum edirlər.
İKT
13 Dekabr , 2021 10:55
Azərbaycanda kiberdələduzluğa məruz qalanlar orta hesabla 25 manat itirir

Azərbaycanda insanlara qarşı dələduzluq edən şəxslər 80% hallarda mətn mesajları vasitəsi ilə hücum edirlər.

“Report” xəbər verir ki, bu barədə “Kasperky” şirkətinin Azərbaycanda apardığı sorğu zamanı məlum olub.

Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Müşviq Məmmədov deyir ki, belə hücumlar daha çox iş günlərində olur: “Belə dələduzlar çox peşəkar olurlar. 32% hücumlar sosial şəbəklələr, 28% isə telefon zəngi vasitəsi ilə olur. Telefon zəngi ilə dələduzluq edənlər əsasən bazar ertəsi-cümə axşamı günləri saat 11:00-18:00 arasında insanlara zəng edirlər.

Hesablamlarımıza görə, hər 6 şəxsdən biri dələduzların fəaliyyəti nəticəsində ortalama 25 manatdan məhrum olur”.

Son xəbərlər

Orphus sistemi