Azərbaycanda keçiriləcək tədbirlərdə radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

Azərbaycanda keçiriləcək tədbirlərdə radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər Azərbaycanda Radiotezliklərdən istifadənin məhdudlaşdırılması şərtləri açıqlanıb.
İKT
10 Noyabr , 2022 12:42
Azərbaycanda keçiriləcək tədbirlərdə radiotezliklərdən istifadə məhdudlaşdırıla bilər

Azərbaycanda beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər.

“Report” xəbər verir ki, bu “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Lahiyəyə əsasən, məhdudlaşma radiotezlik istifadəçilərinin zolaqlarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında baş tutacaq.

Bu zaman müvafiq tədbirin, o cümlədən idman yarışının təşkilatçısının vəsaiti hesabına radiotezlik istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kompensasiya ödənilir.

Son xəbərlər

Orphus sistemi