​Azərbaycanda istehlak məhsullarının satışı 5% artıb

​Azərbaycanda istehlak məhsullarının satışı 5% artıb Elektron pərakəndə ticarət şəbəkəsində 2 mln. manatlıq istehlak məhsulları satılıb
İKT
18 Mart , 2016 10:03
​Azərbaycanda istehlak məhsullarının satışı 5% artıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında elektron pərakəndə ticarət şəbəkəsində 2 mln. manatlıq istehlak məhsulları satılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə istehlak məhsulları 5% çox satılıb.

Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışının dəyəri əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 4,7% üstələyərək 1960,8 min manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi