Azərbaycanda informasiya və rabitə xidmətləri 20 dəfədən çox artıb

Azərbaycanda informasiya və rabitə xidmətləri 20 dəfədən çox artıb Azərbaycanda son 20 ildə informasiya və rabitə xidmətləri 20,7 dəfə artıb.
İKT
16 Yanvar , 2024 11:40
Azərbaycanda informasiya və rabitə xidmətləri 20 dəfədən çox artıb

Azərbaycanda son 20 ildə informasiya və rabitə xidmətləri 20,7 dəfə artıb.

“Report” xəbər verir ki, adıçəkilən xidmətlər sektorunda təkcə son 5 ildə 8,4 dəfəlik real artım qeydə alınıb.

Xatırladaq ki, hazırda Azərbaycan əhalisinin 85 %-i internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 % idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa, 2022-ci ildə 8,3 milyon nəfərə çatıb.

Son 3 ildə Azərbaycanda 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb ki, bunun da 1,1 milyonu təkcə ötən ilin payında düşüb. Əgər 2017-2020-ci illərdə 227 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə etmişdisə, 2021-2023-cü illərdə bu göstərici 1 milyon 689 min təşkil edib. Yəni əvvəlki 4 illə müqayisədə 7,4 dəfəlik artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi