Azərbaycanda informasiya və rabitə müəssisələrinin xidmətləri 5% azalıb

Azərbaycanda informasiya və rabitə müəssisələrinin xidmətləri 5% azalıb Bu sahədə əldə edilmiş gəlirin 77 %-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
161
18 Fevral , 2021 09:40
Azərbaycanda informasiya və rabitə müəssisələrinin xidmətləri 5% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 177,8 milyon manatlıq xidmət göstərilib ki, bunun da 75,1 %-i əhali sektoruna aid olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 5,1 % azalıb, bu sahədə əldə edilmiş gəlirin 77 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi