Azərbaycanda informasiya təhlükəsizliyi boşluqları aşkarlanmış dövlət qurumlarının sayı 6 % azalıb

Azərbaycanda informasiya təhlükəsizliyi boşluqları aşkarlanmış dövlət qurumlarının sayı 6 % azalıb Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 445 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldır
İKT
5 Avqust , 2024 16:06
Azərbaycanda informasiya təhlükəsizliyi boşluqları aşkarlanmış dövlət qurumlarının sayı 6 % azalıb

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 445 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Təkcə iyulda isə 59 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki ayın göstəricisindən 55 %, 1 il əvvələ nisbətən isə 23 % çoxdur.

2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci illə müqayisədə 26 % çoxdur.

Son xəbərlər

Orphus sistemi